150 milyard dollarlıq sərvətinin 99,5%-ni xeyriyyəçiliyə bağışladı


Dünyanın altıncı ən varlı adamı olan və “Omaha Oracle” kimi tanınan milyarder Uorren Baffet 94 yaşında vəsiyyətini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Baffet 150 milyard dollarlıq sərvətinin 99,5%-ni xeyriyyəçiliyə bağışlayacaq və onun mirasının bölüşdürülməsi 10 il çəkəcək.

Amerikalı iş adamı bu mövzuda yazdığı məktubda var-dövlət sülaləsi yaratmaq istəmədiyini və var-dövlət sülalələrinin fərdi inkişafı zəiflətdiyini və münasibətləri mürəkkəbləşdirdiyini bildirib.

Övladlarının 66, 69 və 71 yaşlarında olduğunu qeyd edən Baffet onları çox yaxşı tanıdığını və onlara tam etibar etdiyini bildirib.

“Zaman həmişə qalib gəlir. Bəzən həyat doğuşla bitir, bəzən də 100 ilə qədər gözləyir. İndiyə qədər bəxtim gətirib, amma bu, tezliklə dəyişəcək. Ancaq bir çatışmazlıq var: övladlarımın 66, 69 və 71 yaşı var. Onların mirası bölüşdürməsi 10 il çəkəcək”, - Baffet qeyd edib.

Qeyd edək ki, amerikalı milyarder və investor Uorren Baffet birja proqnozları ilə milyardlarla dollar qazanıb və dünyanın ən uğurlu investorlarından biri hesab olunur. “Omaha Oracle” kimi tanınan Baffett “Berkshire Hathaway” şirkətinin baş direktorudur. Şirkətin rəhbəri kimi Baffet həmçinin sığorta, enerji, dəmir yolu və nəqliyyat kimi sektorlarda da geniş investisiyalara malikdir. /yeniavaz.com/az


MANŞET XƏBƏRLƏRİ