Dekabr ayından etibarən vasitəçilərin miqrantların yoxlanışlarında iştirakına qadağa qoyulacaq.
Turkustan.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Rus dilini bilmək haqqında sertifikatlar xarici vətəndaşlara yalnız dövlət orqanları tərəfindən verilə bilər. Bundan başqa, qanunsuz miqrasiyanın təşkili məqsədilə saxta sənədlərin hazırlanması və ya dövriyyəyə buraxılmasına görə cərimələr artırılıb.
Ölkəmizə ancaq rus dilini bilən, adət-ənənələrimizə hörmət və ehtiram göstərənlər gəlməlidir”, - deyə spiker söyləyib./teleqraf.com