“Kütləvi fərarilik Ukrayna ordusunu canlı qüvvədən məhrum edir və müharibənin həlledici anındakı planlarını məhv edir”.
Turkustan.az xəbər verir ki, məlumatı “Assoşeyted Press” agentliyi yayıb.
Bildirilib ki, hazırda fərarilərin sayı on minlərlə nəfərdir. Hətta bəzi yerlərdə bütün bölmənin öz döyüş mövqeyini tərk edərək qaçdığı vurğulanıb:
“Bəziləri tibbi səbəblərdən məzuniyyətə gedir, geri qayıtmırlar. Digərləri isə komandirləri ilə konfliktə girərək əmrləri icra etməkdən imtina edirlər. Bəzən bu atışmanın ortasında da baş verir”.
AP yazır ki, Rusiyanın işğalının başlanmasından indiyə qədər 100 min hərbçi fərarilikdə rəsmən ittiham edilib. Onların təxminən yarısına qarşı ittiham son bir ildə irəli sürülüb. Lakin agentliyə danışan adının çəkilməsini istəməyən deputatlardan biri fərarilərin sayının ümumilikdə 200 min nəfərə çata biləcəyini qeyd edib.
AP-yə həmçinin fərarilərdən biri də danışıb. O deyib ki, əvvəlcə hərbi hissəni cərrahi əməliyyata həqiqətən ehtiyacı olduğu üçün tərk edib, amma məzuniyyətinin bitməsindən sonra geri qayıtmaq istəməyib:
“Təsəvvür edin, siz atəş altında oturursunuz, üzərinizə Rusiya tərəfdən 50 mərmi gəlir, siz isə cəmi bir mərmi ilə cavab verirsiniz. Ondan sonra sən görürsən ki, dostların hissələrə parçalanırlar və anlayırsan ki, istənilən an bu sənin də başına gələ bilər”.
Nəşr yazır ki, fərarilərin çoxu son günlər orduya çağırılan yeni hərbçilərdir. Adının çəkilməsini istəməyən hərbçilərdən biri isə bildirir ki, məhz fərarilik ucbatından Ukrayna Uqledar şəhərini itirdi:
“İndiki mərhələdə mən öz batalyonumdan və digərlərindən olan heç bir hərbçini qınamıram. Çünki hər kəs artıq çox yorulub”./Globalinfo.az