Qəzzada atəşkəsin açarı Türkiyədir? - Ərdoğandan diqqət çəkən açıqlama


Türkiyə Diyanət Vəqfi və Əl Xeyr Vəqfi tərəfindən təşkil edilən “Qəzzənin Gələcəyi” adlı Beynəlxalq Humanitar Yardım Zirvəsinə göndərdiyi videomüraciətdə çıxışına Bismillah deyərək başlayan Ərdoğan, sammitin uğurlu keçməsini arzuladığını və Başda Qəzzalılar olmaqla bütün məzlumlara və bütün İslam dünyasına faydalı olacağını söylədi.

Turkustan.az xəbər verir ki, Prezident Ərdoğan bu sammit münasibəti ilə İslam dünyasının hər yerindən Türkiyəyə gələn qonaqlara xoş gəldiniz diləklərini çatdırıb, gələcək üçün bu zirvəyə öncülük edən Türkiyə Diyanət Vəqfi və Əl Xeyr Vəqfi üzvlərini təbrik edib.

7 oktyabr 2023-cü il tarixindən bu yana Qəzzada və işğal altındakı Fələstin torpaqlarında baş verən qırğınlar münasibəti ilə İslam ölkələrinin birlikdə hərəkət etmələrinin və güclərini birləşdirməyin nə qədər vacib olduğunu bir daha gördüklərini qeyd edən Ərdoğan: “Önümüzdə bütün dünyanın gözü qarşısında, çoxu uşaq və qadın olan 50 minə yaxın fələstinli həlak olub. İsrailin birbaşa mülki insanları hədəf alması nəticəsində qardaşlarımız şəhid olub, 100 mindən çox günahsız fələstinli isə yaralanıb"- dedi.

Livana edilən hücumlarda ölənlərin sayının 3500-ü keçdiyini bildirən Ərdoğan İbadət yerlərinin, məktəblərin, xəstəxanalarin və mülki infrastruktura aid hər şeyin İsrailin hücumlarının hədəfi olduğunu qeyd edib.

"Türkiyə olaraq Fələstinli qardaşlarımızla tam həmrəyik. Bu hücumlar qarşısında son bir ildir ki, başda Qəzza və Livandakı qardaşlarımıza yardıma çalışırıq. Biz verdiyimiz yardım miqdarı ilə Fələstinə ən çox dəstək verən ölkələrdən biriyik. Etdiyim yardım artıq 86 min tonu ötüb".

"FƏLƏSTİNDƏ BU VƏZİYYƏT BİTƏNƏ QƏDƏR MÜBARİZƏMİZ DAVAM EDƏCƏK"

"İslam ölkələrinin Qəzzədəki zülmə birgə cavab verməsini və birgə hərəkətə keçməsini təmin etmək üçün diplomatik təmaslarımızı davam etdiririk. Fələstində işğal və qırğın bitənə, müstəqil, suveren və ərazi baxımından inteqrasiya olunmuş Fələstin Dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik. 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan bir ölkə. Beynəlxalq humanitar yardım sammitinin bu mübarizədə bizi dəstəkləyəcəyinə inanıram və zirvəyə qatılan bütün iştirakçılara təşəkkür edirəm və bütün qonaqlarımızı ürəkdən salamlayıram"-deyə, Ərdoğan əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ