Suriyada rejim əleyhdarı Heyət Təhrir əl-Şam (HTŞ) təşkilatı Hələbin şimalından Bəşər Əsəd qüvvələrinə qəfil hücum edib.
Turkustan.az xəbər verir ki, dünən səhər saatlarından davam edən qarşıdurmalarda 132 nəfərin öldüyü bildirilib. HTŞ 32 kənd və məntəqəni ələ keçirib.
Suriyada rejim əleyhdarı Heyət Təhrir əl-Şam (HTŞ) təşkilatı Hələbin şimalından Bəşər Əsəd qüvvələrinə qəfil hücum edib. 27 noyabr səhər saatlarında başlayan qarşıdurmalarda 182 nəfərin öldüyü bildirilib. HTŞ və bəzi yerli müxalif qrupların 56 kənd və məntəqəni ələ keçirərək Hələbin mərkəzinə 1 kilometr yaxınlaşdığı iddia edilib.
Ankara isə bölgədəki prosesləri yaxından izləyir. Milli Müdafiə Nazirliyindəki mənbələr :"bölgədə bəzi yerli qrupların başlatdığı səfərbərliyi və bununla bağlı hadisələri yaxından izləyirik. Biz qoşunlarımız üçün hər cür ehtiyat tədbirləri gördük və almağa davam edirik" - deyə, bildirdi.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Suriyadakı fəaliyyət Yaxın Şərqdəki inkişaflardan asılı deyil. Mənbələr “Bölgədəki son hadisələrlə yerli ünsürlər fürsət tapdıqca həm öz mövqelərini gücləndirməyə, həm də təsir dairələrini genişləndirməyə çalışırlar” deyə dəyərləndirib.
Aytən Yaşar/ Turkustan.az