Qonşu ölkədə gərginlik pik həddə: Prezident meydana çıxdı


“Gürcüstan Xarici İşlər Nazirliyinin və ölkənin müxtəlif dövlətlərdəki səfirliklərinin 78 əməkdaşı birgə bəyanat imzalayıb. Diplomatlar hökumətin avrointeqrasiyanı dayandırmaq qərarının Konstitusiyaya və milli maraqlara zidd olduğunu bildiriblər”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, etirazlarda diqqətçəkən məqam həm seçki kampaniyası dövründə, həm də seçkidən sonra müxalifətin səriştəsizliyidir:

“Əllərində geniş imkanlar, sıralarında dollar milyonçuları olmasına rəğmən, müxalifət sanki iflic olub. Çox ciddi lider problemi var. Görünür, həm də bu səbəbdən Prezident Salome Zurabişvili özü meydana çıxdı.

Bu gecə polis kütləni dağıda bilər, amma önəmli olan ondan sonrasıdır. Hökumətin zorakılığı etiraz aksiyalarına emosional ruh qata bilər. Bu, indiyədək çatışmayan vacib detal idi. Təbii ki, nəticəyə nail olmaq üçün müxalifət iflic vəziyyətindən çıxmalı, Avropa İttifaqı da ortaya birmənalı mövqe qoymalıdır. Gürcüstanın Qərbdən qopmaq lüksü yoxdur, bunun üçün yetərli resurslara sahib deyil”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ