Gürcülər yenidən ayağa qalxdı: Tiflis, Kutaisi və Batumidə etirazlar başlayıb – VİDEO


Gürcüstanın Tiflis, Kutaisi və Batumi şəhərinin sakinləri hakimiyyətin Avropa İttifaqı ilə bağlı qərarına görə küçələrə axışıb.

Turkustan.az xəbər verir ki, aksiya Gürcüstan hakimiyyətinin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmasından sonra başlayıb.

Qeyd edək ki, bu qərarı baş nazir İrakli Kobaxidze hökumət üzvləri və hakim “Gürcü arzusu” partiyasının siyasi şurası ilə görüşündən sonra elan edib.

Hazırda insanlar Rustaveli prospektində parlamentin binası qarşısında etiraz aksiyası keçirirlər.

Binanın ətrafına səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara yaxınlaşmağa imkan vermirlər. Etirazçılar arasında saxlanılanların olduğu bildirilir.


MANŞET XƏBƏRLƏRİ