Rusiya prezidenti Vladimir Putin Tatarıstandan olan evli cütlüyün oğullarına "Oreşnik" adını vermək istəyinə münasibət bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb .
"Naberejnıye Çelnıdan olan bir ailə 15-ci övladına bu yaxınlarda Ukraynada sınaqdan keçirilmiş Rusiya raketinin adını vermək istəyib. Yaxşı olardı onlar bunu öz baba, nənələri ilə məsləhətləşsinlər. Bu, mənimlə məsləhətləşməkdən daha düzgün olardı”, - deyə prezident bildirib. Körpəyə hansısa adın verilməsi sırf ailə məsələsidir.
Noyabrın 28-də Putin bildirib ki, "Oreşnik" üçün yaxın gələcəkdə Ukraynada yeni hədəflər görünə bilər. Onun sözlərinə görə, artıq Müdafiə Nazirliyində müvafiq işlər aparılır. Putin yeni zərbələrin günün sonuna qədər verilə biləcəyini istisna etməyib.
Aytən Yaşar/ Turkustan.az