Putin Ukrayna ilə sülh danışıqlarının şərtlərini açıqladı


Putin: "Ukrayna mövzusunda mən danışıqlar üçün deyil, sülh üçün şərtlər qoymuşam".

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna üzrə sülh danışıqlarının şərtlərini açıqlayıb. Onun sözlərinə görə, söhbət danışıqlardan yox, sülhün bərqərar olmasından gedir. Bu barədə "TASS" xəbər yayıb.

“Mən ilkin şərtlər yaratmadım, sülh şərtlərimizdən danışdım. Fikrimcə, uzunmüddətli və davamlı sülhün şərtləri iyunda Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə etdiyim çıxışımda təfərrüatlı şəkildə göstərilib ”-, deyə, Rusiya prezidenti bildirib.

Putin əlavə edib ki, Rusiyanın kifayət qədər silahı var. “Baxmayaraq ki, biz hamımız başa düşürük ki, “Oreşnik” kimi silahların meydana çıxması Rusiyanın hərbi mövqelərini gücləndirir”.

Aytən Yaşar/ Turkustan.az