Papa Fransisk gələn il Xristian Kilsəsinin birinci şurasının ildönümü üçün Türkiyənin İznik şəhərinə səfər etməyi planlaşdırdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Katoliklərin ruhani lideri Papa Fransisk Türkiyəyə gələcəyini açıqlayıb.
İtaliyanın "ANSA" xəbər agentliyinin məlumatına görə, Papa Fransisk bu gün verdiyi açıqlamada, gələn il Xristian Kilsəsinin birinci şurasının ildönümündə Türkiyənin İznik şəhərinə səfər etməyi planlaşdırdığını bildirib.
“Müqəddəs il ərzində ilk böyük Ekumenik Şura olan Nikea Şurasının 1700 illik yubileyini qeyd etmək imkanımız da olacaq"- deyə, papa bildirib. Həmçinin əlavə edib ki, ora getməyi planlaşdırır.
Aytən Yaşar/ Turkustan.az