Trampı ölümlə təhdid edən şəxs saxlanıldı


ABŞ-ın Arizona ştatında yaşayan şəxs ABŞ-ın 47-ci prezidenti Donald Tramp və ailəsini ölümlə hədələyən videolar yayımladığı üçün saxlanılıb.

Turkustan.az xəbər verir ki, ABŞ- ın Arizona ştatında yaşayan Manuel Tamayo-Torres ABŞ-ın 47-ci prezidenti Donald Trampa qarşı ölümlə hədələnən videolar yayımladığı üçün saxlanılıb . Məhkəmə sənədlərinə görə, Tamayo Torres sosial mediada paylaşdığı videolarda Tramp və ailəsinə hücum edəcəyini bildirib.

Noyabrın 21-də yayımladığı videoda TamayoTorres Trampın ailəsini təhdid edərək: “Onların hamısı öləcək” - deyib. Bildirilib ki, videolarda Tramp və ailəsini uşaq oğurluğu və insan alverində ittiham edib. Tamayo-Torresə qarşı irəli sürülən ittihamlara prezident seçkilərinin qalibini təhdid etmək və saxta bəhanələrlə silah almaq daxildir. Səlahiyyətlilər həmçinin qeyd ediblər ki, keçmişdə zorakılıq cinayətləri törədən şübhəli şəxs 2003-cü ildə “ağır hücum” maddəsi ilə 5 il həbs cəzasına məhkum edilib.

Şübhəli noyabrın 25-də Cənubi Kaliforniyada nəzarətə götürülüb. Onun vəkili hələlik açıqlama verməyib. Federal prokurorlar Tamayo Torresin yazılarını daimi təhdid kimi qiymətləndiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ