Saakaşvilinin "fətva"sı verildi: Əfv olunsa da, həbsdə qalacaq


Gürcüstan prezidenti Salome Zurabişvili Mixail Saakaşvilini həbsdən azad edə bilməz.

Turkustan.az xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Gürcüstan hökumətinin başçısının sözlərinə görə, Zurabişvili Saakaşvilini əfv etsə belə, o, hələ də istintaq təcridxanasında qalacaq: "Müvafiq olaraq, Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv etməsinin praktiki əhəmiyyəti yoxdur”.

Xatırladaq ki, Salome Zurabişvilinin səlahiyyət müddəti ilin sonunda başa çatır. Gürcüstan hakimiyyəti artıq bu il prezident seçəcəklərini açıqlayıb.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930