ABŞ Ukraynadan hərbi xidmətə çağırış yaşını 25-dən 18 yaşa endirməyi xahiş edib.
Turkustan.az xəbər verir ki, Rusiyanın şərq cəbhəsində böyük irəliləyişindən sonra Vaşinqton əsgərlərin sayını artırmaq üçün Kiyevdən hərbi yaşın aşağı salınmasını tələb etdi. Ukrayna tərəfi əsas problemin silah çatışmazlığı olduğunu iddia edib.
ABŞ administrasiyası Rusiyanın Ukraynanın şərqində böyük ərazi qazanmalarının qarşısını almaq üçün Ukraynadan daha çox qoşun səfərbər etməyi xahiş edib. Vaşinqton ilk addım olaraq hərbi xidmətə qəbulla bağlı qanunun yumşaldılmasını və hərbi yaşın 18-ə endirilməsini tələb edib.
145 milyon əhalisi olan Rusiya 35 milyon əhalisi olan Ukraynadan qat-qat çox əsgər toplaya bilir.
ABŞ rəsmiləri tərəfindən verilən açıqlamada Ukraynanın hərbi itkiləri kompensasiya etmək üçün daha çox əsgər cəlb etməli olduğu bildirilib. Ukraynanın kifayət qədər əsgəri olmadığını düşünən ABŞ rəsmiləri vəziyyətin çox aydın olduğunu və daha çox əsgərə ehtiyac olduğunu qeyd ediblər.
Aytən Yaşar/ Turkustan.az