Livan təhlükəsizlik mənbələri İsrail qüvvələrinin atəşkəsin ikinci günündə ölkənin cənubundakı Markaba bölgəsinə hücuma keçdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Livandakı iki təhlükəsizlik mənbəsinin "Reuters" agentliyinə verdiyi məlumata görə, hərbi əməliyyatları qadağan edən atəşkəsin qüvvəyə minməsindən 24 saat sonra İsrail tankı Livanın cənubundakı Markaba qəsəbəsinə iki atəş açıb.
Təhlükəsizlik mənbəsi iki nəfərin yaralandığını bildirib.
Livanın dövlət xəbər agentliyi İsrailin qəsəbəyə hücumundan sonra iki nəfərin yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirsə də, hücumun növünü açıqlamayıb.
Aytən Yaşar/ Turkustan.az