Noyabrın 28-də Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan hökumətinin növbəti iclası işə başlayıb.
Ermənistan mətbuat xəbərlərinə görə, sessiyanın gündəliyinə 48 məsələ daxildir, onlardan 38-i barədə məlumat verilmir.
Hökumət bugünkü iclasında “Ermənistan Respublikasının himni haqqında” qanuna dəyişiklik layihəsini təsdiqləyib.
Layihədə himnin, eləcə də himnin ifası ilə bağlı bəzi məsələlərin tənzimlənməsi təklif edilir./publika.az