İranın xarici işlər naziri Seyid Abbas Ərakçi Portuqaliyanın paytaxtı Lissabonda nüvə istehsalı ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi keçən həftə İranı nüvə məsələsində əməkdaşlıq etmədiyinə görə qınadıqdan sonra Araçi nüvə istehsalını artıra biləcəklərini bəyan edib.
İranın xarici işlər naziri Seyid Abbas Ərakçi nüvə istehsalı ilə bağlı Qərbdə narahatlıq yaradan açıqlama verib. Lissabonda Qədim Sivilizasiyalar Sammitində iştirak edən Ərakçi deyib: "İran hazırda nüvə silahı əldə etmək üçün kifayət qədər gücə və imkana malikdir, lakin nüvə silahını öz təhlükəsizliyinin əsas strategiyası hesab etmir". Ərakçi onu da əlavə edib ki, İran Hizbullahı silahlandırmaqda davam etməyə hazırdır.
Beynəlxalq Atom Enerjisi Agentliyi keçən həftə verdiyi bəyanatda İranı nüvə stansiyalarının təftişi ilə bağlı kifayət qədər əməkdaşlıq etmədiyinə görə qınamışdı. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İranın zənginləşdirilmiş uranın səviyyəsi 60% təşkil edir və bu göstərici nüvə silahı istehsalı üçün yüksək hədddir.
Ərakçi rəftarlarının sülhsevər olduğunu təkrarlasa da, Qərbdən eyni yaxşı niyyətli münasibəti görə bilmədiklərini söylədi:"İranda nüvə siyasətimizlə bağlı problemin olub-olmaması ilə bağlı ciddi müzakirələr gedir. Nüvə məsələsi ilə bağlı Qərb nə tələb etdisə, yerinə yetirdik, amma sanksiyaların ləğvi ilə bağlı heç bir addım atmadılar".
Ərakçi həmçinin əlavə edib ki, İranda yüksək vəzifəli şəxslər arasında nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı ciddi müzakirələr gedir və nüvə siyasətinin dəyişdirilə biləcəyi müzakirə mövzusudur.
Aytən Yaşar/ Turkustan.az