Fələstin prezidenti Mahmud Abbas, prezident aparatının boş qalacağı təqdirdə səlahiyyətlərin müvəqqəti olaraq Fələstin Milli Şurasının prezidentinə veriləcəyini nəzərdə tutan konstitusiya qərarı verib.
Turkustan.az xəbər verir ki, bu addım Fələstinin daxili siyasəti və bölgədəki böhranlar kontekstində mühüm dönüş nöqtəsi hesab olunur.
Fələstin prezidenti Mahmud Abbas, prezident aparatının boş qalacağı təqdirdə səlahiyyətlərin müvəqqəti olaraq Fələstin Milli Şurasının prezidentinə veriləcəyini nəzərdə tutan konstitusiya qərarı verib. Bu addım Fələstinin daxili siyasəti və bölgədəki böhranlar kontekstində mühüm dönüş nöqtəsi hesab olunur.
Abbasın verdiyi konstitusiya qərarında qeyd olunur ki, prezident aparatında vakant yer yaranacağı təqdirdə, Milli Şuranın sədri qanunvericilik şurasının olmadığı halda müvəqqəti olaraq 90 gün müddətində prezident səlahiyyətlərini icra edəcək.
Bu müddət ərzində prezident seçkiləri keçirilməlidir. Lakin məcburi səbəblər üzündən seçkilər keçirilə bilməsə, Fələstin Mərkəzi Şurasının qərarı ilə bu müddət bir daha uzadıla bilər.
Aytən Yaşar/ Turkustan.az