Fransada siyasi çaxnaşma - NƏ BAŞ VERİR?


Fransada baş nazir Mişel Barnier hökumətin büdcə planlarına qarşı artan tənqidlər və müxalifətin etimadsızlıq təşəbbüsü təhlükəsi ilə getdikcə daha çox təzyiq altındadır.

Turkustan.az xəbər verir ki, Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı Milli Ralli partiyası hökumətə etimadsızlıq təklifini dəstəkləyə biləcəyini elan edərək siyasi gərginliyi artırıb. Barnierin istefaya məcbur edilə biləcəyi bu proses Fransada iqtidar-müxalifət arasındakı siyasi dinamikanı, prezident Emmanuel Makronun hakimiyyətə təsirini bir daha gündəmə gətirir.

Fransada baş nazir Mişel Barnier hökumətin büdcə planlarına qarşı artan tənqidlər və müxalifətin etimadsızlıq təşəbbüsü təhlükəsi ilə getdikcə daha çox təzyiq altındadır. Barnierin istefaya məcbur edilə biləcəyi bu proses Fransada iqtidar-müxalifət arasındakı siyasi dinamikanı, prezident Emmanuel Makronun hakimiyyətə təsirini bir daha gündəmə gətirir.

Marin Le Pen bəyan edib ki, Milli Ralli bloku olaraq onlar hökumətin enerji vergilərini artırmaq planını və inflyasiya fonunda pensiya artımlarını təxirə salmaq təklifini “qəbuledilməz” hesab edirlər. Le Pen hökuməti sərt şəkildə tənqid edərək, bu maddələrin Milli Mitinqin “qırmızı xətləri” olduğunu bildirib.

Bu təklif Le Penin dəstəyi ilə həyata keçərsə, baş nazir Barnier istefaya getməyə məcbur ola bilər. Le Penin bu açıqlaması MR-nin Fransa siyasətində artan təsirini və Makron hökumətinə təzyiqini bir daha ortaya qoyur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ