Sürpriz görüş - Tramp Zukerberqlə axşam yeməyində


ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp Floridadakı malikanəsində axşam yeməyində Meta şirkətinin rəhbəri Mark Zukerberqlə görüşüb.

Turkustan.az xəbər verir ki, iksi arasında gərgin münasibətlər 2021-ci ilin yanvarında Konqres basqından sonra Trampın Facebook hesabı bağlandıqdan sonra pik həddə çatmışdı. Bu görüş Zukerberqin yanvarda Ağ Evə qayıdacaq Trampla müsbət münasibət qurmaq cəhdi kimi şərh edilib.

ABŞ-ın 47-ci prezidenti seçilən və 4 ildən sonra Ağ Evə qayıtmağa hazırlaşan Donald Trampın axşam yeməyində “Meta”nın qurucusu və baş direktoru Mark Zukerberqlə görüşdüyü bildirilib.

Nadir hallarda görüşən Tramp və Zukerberq Trampın Floridadakı malikanəsi Mar A Laqoda görüşüb və bu görüş Zukerberqin Trampla müsbət münasibət qurmaq cəhdi kimi şərh edilib.

Meta Zukerberq və Trampın ötən gün görüşdüyünü təsdiqləyib və bildirib ki, o, yeni administrasiya haqqında danışmaq üçün seçilmiş prezident və komandasının digər üzvləri ilə şam yeməyinə dəvət olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ