Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun baş katibi Mark Rutte ilə telefonla danışdığını bildirib.
Turkustan.az xəbər verir ki, NATO-nun son sammitində Ukraynaya hava hücumundan müdafiə sistemləri və silah yardımı ilə bağlı qəbul edilən qərarların hələ də tam yerinə yetirilmədiyini qeyd edən Zelenski, "Biz bunu gözləyirik və bu vəziyyət xalqımızın motivasiyasına və mənəviyyatına əhəmiyyətli dərəcədə təsir edir"- dedi.
Ukrayna prezidenti Zelenski Telegram hesabında yazıb ki, NATO-nun baş katibi Rutte ilə telefon danışığı olub. Ötən həftə Rusiyanın Ukraynaya qarşı yeni tip ballistik raket buraxması səbəbindən NATO-Ukrayna Şurasının ötən gün toplandığını xatırladan Zelenski Rutte ilə çıxışında Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məsələlərini müzakirə etdiklərini bildirib.
Müttəfiq ölkələrin Rusiyanın uzaq mənzilli hücumlarının qarşısını ala biləcək hava hücumundan müdafiə sistemlərinə malik olduğunu bildirən Zelenski: "Mən lazım olan və işləyə bilən xüsusi hava hücumundan müdafiə sistemlərinin adlarını verdim. Partnyorlarda bu hava hücumundan müdafiə sistemləri var"- deyə bildirdi.
Aytən Yaşar/ Turkustan.az