"İsrailin geri çəkilməsini diqqətlə izləyirik" - Hizbullah


Hizbullah İsrailin Livanın cənubundan çəkilməsini son dərəcə diqqətlə izləyəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Hizbullah İsrail və Livan arasında atəşkəs razılaşmasından sonra ilk bəyanatını verib.

Açıqlamada Hizbullah üzvlərinin İsrailin Cənubi Livandan çəkilməsini son dərəcə diqqətlə izləyəcəkləri qeyd edilib və İsrailin istənilən hücumuna müqavimət göstərməyə tam hazır olduqları vurğulanıb.

"AA"-nın xəbərinə görə açıqlamada Hizbullah qüvvələrinin İsrailə qalib gəlməyi bacardığı, hədəflərini vurduğu və İsrail ordusunu məğlub etdiyi də bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ