İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Tubas qəsəbəsindən və şəhərin yaxınlığında yerləşən Əl-Fəriyyə Qaçqınlar Düşərgəsindən geri çəkilib.
Turkustan.az xəbər verir ki, İordan çayının qərb sahilindəki Faria Qaçqınlar Düşərgəsindəki yerli fəallardan Xalid Mənsur Anadolu agentliyinə bildirib ki, İsrail ordusu küçələri, elektrik və telefon xətlərini, su şəbəkələri və yüzlərlə metrlik kanalizasiya infrastrukturunu dağıdandan sonra maşınlarını düşərgədən geri çəkib.
Dağıtmanın əsasən ağır buldozerlərlə düşərgənin iki girişinə yönəldiyini və bu səbəbdən bu girişlərin artıq nəqliyyat vasitələrinin istifadəsinə yararsız olduğunu bildirən Mənsur, evlərə basqın edildiyini, içindəki əşyaların dağıdıldığını, evlərin damlarının dağıdıldığını bildirib.
Aytən Yaşar/ Turkustan.az