BMT: "Qəzzada aclıq kritik həddə çatıb"


Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi Qəzza zolağında aclığın kritik həddə çatdığını açıqlayıb və təcili atəşkəs çağırışını təkrarlayıb.

Turkustan.az xəbər verir ki, Qəzzada vəziyyətin getdikcə pisləşdiyini bildirən və dərhal atəşkəs çağırışı edən BMT bəyanatını Qəzzada nəhəng zibil yığınlarını göstərən fotoşəkillərlə dəstəkləyib.


Bildirək ki, 2023-cu ilin oktyabrın 7-dən başlayan İsrail-Qəzza zolağındakı hücumlarda təxminən 17 min 492-si uşaq və 11 min 979-u qadın olmaqla 44 min 249 fələstinli ölüb, 104 min 746 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilsə də, insanların sığındığı xəstəxanalar və təhsil mərkəzləri eləcə də sığınacaqlar hədəf alınaraq məhv edilməkdə davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ