Prezident Rəcəb Tayyib Ərdoğan, "İsrail ilə Livan arasında bu səhər saatlarından etibarən qüvvəyə minən atəşkəs razılaşmasından məmnunuq.
Turkustan.az xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan: "İsrail başda olmaqla bütün tərəflərin meydanda sakitliyin qorunması baxımından üzərinə düşən öhdəlikləri müqaviləyə uyğun yerinə yetirməsini gözləyirik" - dedi.
Türkiyə lideri AK Partiya toplantısındakı çıxışında bunları söyləyib:
"Diqqətlə izlədiyiniz zaman dünya yeni və köklü bir dəyişikliyin astanasında olmanın acısını yaşayır. Eynilə, şimalı və cənubu ilə bölgəmiz sözün əsl mənasında müharibələr, qarşıdurmalar, qırğınlar və zülmlər burulğanında yanır. Belə bir şəraitdə biz Xalq Alyansı olaraq tarixi bir məsuliyyətlə üz-üzəyik, Türkiyənin siyasi və iqtisadi sabitliyini qoruyub saxlamaq, sosial sülhünü möhkəmləndirmək, hədəflərimizə doğru irəliləmək üçün mübarizə aparırıq".
Aytən Yaşar/ Turkustan.az