"Qərb "Oreşnik"-in istifadəsi ilə bağlı məlumatları təhrif edib" - ZAXAROVA


Zaxarova: "Qərb Rusiyanın Oreshnikdən istifadə etməsi ilə bağlı məlumatları təhrif edib".

Turkustan.az xəbər verir ki, Qərbdə ən yeni orta mənzilli “Oreşnik” raket sisteminin istifadəsi ilə bağlı həqiqəti təhrif etməyə və onu bir növ aqressiv addım kimi təqdim etməyə çalışırlar. Bunu noyabrın 27-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova efirdə deyib.

Zaxarova: " Rusiyanın “Oreşnik” raket sistemindən istifadə “mütləq çaxnaşma”ya səbəb oldu, bəziləri isə bu məqamı informasiyanı təhrif etmək üçün səbəb kimi qiymətləndirərək, Moskvanın guya təhdid etdiyini və aqressiv xətt izlədiyini dedi. Amma Rusiya ilə bağlı planların həyata keçməyəcəyini Qərb anlamalıdır".

Həmin gün Federasiya Şurasının sədri Valentina Matvienko bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin bəyanatları və Rusiya Federasiyasının ən son silahlardan, o cümlədən “Oreşnik” orta mənzilli raketindən istifadə etməsi Ukrayna ilə bağlı danışıqlar üçün potensial yaradır.

Bundan əvvəl, noyabrın 26-da Ukrayna-NATO Şurasının səfirlər səviyyəsində fövqəladə iclasından sonra məlum olmuşdu ki, Rusiya ən son orta mənzilli raket sistemi olan “Oreşnik” ballistik raketindən istifadə etdikdən sonra da NATO Ukraynaya dəstəyini davam etdirəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ