İsrail və Livan Hizbullahı arasında 14 aydır davam edən qarşıdurmada uzun sürən səylər nəticəsində atəşkəs əldə edilib.
Turkustan.az xəbər verir ki, İsrailin baş naziri Netanyahu Livan ilə atəşkəs razılaşmasını təhlükəsizlik kabinetinə təqdim edib və atəşkəs qərarı təsdiqlənib. Bir ildən artıqdır ki, hücumların baş verdiyi bölgədə bu gün səhər saat 05:00-da atəşkəs qüvvəyə minib. ABŞ prezidenti Bayden atəşkəs barədə deyib: “Bu, hərbi əməliyyatları daimi olaraq dayandırmaq üçün nəzərdə tutulub”-deyə, bildirib. Digər tərəfdən, İsrailin hücumları atəşkəs başlayana qədər davam edib.
Bildirək ki, 2023-cü il oktyabrın 7-də başlayan İsrail-Həmas qarşıdurmasının ertəsi günü İsrail-Livan xəttində gərginlik başlayıb. Ötən ilin sentyabrında İsrail və Livan Hizbullahı arasında hücumlar pik həddə çatmışdı. Sentyabrın 17-18-də Livanda Hizbullah üzvlərinin istifadə etdiyi ərazilərdə eyni vaxtda partlayışlar baş verib. Partlayışlarda ikisi uşaq olmaqla 12 nəfər ölüb, 2323 nəfər yaralanıb.
İsrailin Livanın cənubuna və ara-sıra Beyruta hücumları sentyabr ayından bu yana davam edərkən, uzun səylərdən sonra dünən gecə atəşkəs əldə edilib və bu səhər saat 05:00-da atəşkəs rəsmi olaraq başlayıb.
Aytən Yaşar/ Turkustan.az