Hollandiya parlamentində İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallanta qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs qərarının icrasını tələb edən vəsatət qəbul edilib.
Turkustan.az xəbər verir ki, Hollandiya parlamentində Xarici İşlər Nazirliyinin 2025-ci il büdcəsi müzakirə olunarkən müxalifət partiyasından olan millət vəkili Keyt Piri və onu müşayiət edən 5 millət vəkili olub. Netanyahu və Gallanta qarşı həbs qərarının icrası üçün təqdim edilən vəsatət parlamentdə səs çoxluğu ilə təsdiqlənib.
Müraciətdə hökumətdən Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarının məhkəmənin iştirakçısı olan bütün ölkələr tərəfindən icrasını təmin etmək üçün səy göstərməsi, eyni zamanda Hollandiyanın bu həbs qərarına əməl etməsi və bütün qeyri-hökumətlərin Netanyahu ilə təmaslarının dərhal dondurulması tələb edilib.
Aytən Yaşar/ Turkustan.az