NATO-dan Ukraynaya dəstək mesajı


NATO səfirləri Rusiyanın qeyri-nüvə hipersəs avadanlıqları ilə təchiz edilmiş ballistik raketi buraxmasından sonra toplaşıb və Alyansın Kiyevə dəstəyini bir daha bəyan ediblər.

Turkustan.az xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamaya görə, NATO-Ukrayna Şurası, Rusiyanın nüvə olmayan hipersəs avadanlıqları ilə təchiz edilmiş ballistik raketi atmasından sonra Brüsseldə səfirlər səviyyəsində toplanıb.

Ukraynanın yüksək rütbəli hərbi rəsmiləri ölkədəki təhlükəsizlik vəziyyəti ilə bağlı videokonfrans vasitəsilə Şuraya qoşulublar. NATO səfirlərinə məlumat verib.

İclasda müttəfiqlərin Ukraynaya dəstəyinin bir daha vurğulandığı və Ukraynanın Dnepr şəhərini hədəf alan hücumun Ukraynada mülki əhalini məhv etmək və Ukraynanı Rusiyanın qeyri-qanuni hücumlarına qarşı müdafiə edənləri qorxutmaq məqsədi daşıdığı bildirilib. Bunun növbəti təşəbbüs olduğu vurğulanıb.

Bəyanatda bidlrilib ki, Rusiyanın bu hərəkəti nə münaqişənin gedişatını dəyişməyəcək, nə də NATO müttəfiqlərini Ukraynanı dəstəkləməkdən çəkindirə bilməyəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ