Bir ildən çoxdur Qəzzaya hücumlarını davam etdirən İsrail bu günlərdə yeni planını işə salmağa hazırlaşır.
Turkustan.az xəbər verir ki, İsrail Qəzzanı dəhlizlərlə bölüşdürərək onu həmişəlik işğal etmək istəyir.
Bu yaxınlarda İsrailin iki mühüm qəzetində - Haaretz və Yedioth Ahronoth-da dərc olunan xəbərlər Təl-Əvivin Qəzza ilə bağlı yeni planlarını işə saldığına işarə edir. Liberal mövqeyi ilə tanınan Haaretz qəzeti Qəzzaya "uzunmüddətli nəzarət" məqsədi ilə dəhlizlərin tikildiyini, Yediot Ahronot isə baş nazir Binyamin Netanyahu hökumətinin bölgədə hərbi idarəetmənin qurulması ilə bağlı gizli qərar verdiyini iddia edib.
Əslində heç bir fikir hökumət tərəfindən təsdiqlənməyib. Amma İsrail ordusunun hərəkətlərini izləyən ekspertlər bölgədə daimi varlıq yaratmaq üçün addımların atıldığını təsdiqləyir.
Bölgəni işğal edən İsrail əsgərləri ilə görüşən Netanyahu açıqlamasında hücumlar bitdikdən sonra HƏMAS-ın Qəzzanı "hakim etməyəcəyini" müdafiə edib.
Aytən Yaşar/ Turkustan.az