İsrail və Livan arasında atəşkəs razılaşması qüvvəyə mindi


ABŞ prezidenti Co Baydenin Livan və İsrail hökumətlərinin təsdiqindən sonra elan etdiyi atəşkəs razılaşması yerli vaxtla saat 04.00-da qüvvəyə minib.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden mətbuata açıqlamasında Livanla İsrail arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb.

Atəşkəsin bu gün yerli vaxtla saat 04:00-da qüvvəyə minəcəyini açıqlayan Bayden, Livan Silahlı Qüvvələrinin 60 gün ərzində Livanın cənub sərhədinə yerləşdiriləcəyini və bu bölgənin nəzarətini təmin edəcəyini bildirib.

Müqavilə sözügedən əraziyə şamil edilmir. Hizbullah elementlərin zərərsizləşdirilməsini və Litani çayının şimalına daşınmasını nəzərdə tutduğunu qeyd edən Bayden, 60 günlük müddət ərzində İsrail əsgərlərinin mərhələli şəkildə bölgədən çəkiləcəyini bildirib.

Bu prosesdə heç bir Amerika əsgərinin Livanda xidmət etməyəcəyini də qeyd edən Bayden, ABŞ və Fransanın rəhbərlik etdiyi uzunmüddətli diplomatik səylər sayəsində razılaşmanın əldə edildiyini vurğuladı.

Prezident Bayden həmçinin bəyan edib ki, ABŞ və Fransanın rəhbərlik etdiyi beynəlxalq koalisiya atəşkəs razılaşmasının həyata keçirilməsini dəstəkləyəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ