Livanın Səhiyyə Nazirliyi ilkin məlumatlara görə, hücumda 3 nəfərin öldüyünü, 26 nəfərin yaralandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, İsrail ordusu Beyrutun cənubunda yerləşən Dahiye rayonu ilə yanaşı, şəhər mərkəzini də hədəf alıb.
Bölgə əhalisinin sıx olduğu saatlarda xəbərdarlıq edilmədən Əl-Basta bölgəsindəki Hatemu'l Enbiya məscidi yaxınlığındakı 4 mərtəbəli binanı hədəf alan İsrailin hücumundan sonra bina tamamilə dağıdılıb.
Livanın rəsmi xəbər agentliyi (NNA) hücumun Nuveyri küçəsindəki Hatəmül Ənbiya məscidi yaxınlığındakı bir binanın dağıldığını açıqlayıb.
Əl-Basta son 4 gündə ikinci dəfə hədəfə alınarkən, söz mövzusu olan həmin binada köçkünlərin qaldığı bildirildi.
Livan Səhiyyə Nazirliyinin hücumla bağlı verdiyi açıqlamada, ilkin təsbitlərə görə 3 nəfərin öldüyü, 26 nəfərin yaralandığı, axtarış-xilasetmə işlərinin isə davam etdiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az