Amerikalılar Ukraynaya yardım edilməsinə etiraz edirlər


CBS sorğusu: ABŞ sakinlərinin 51%-i Ukraynaya silah tədarükünü dayandırmaq istəyir.

Turkustan.az xəbər verir ki, Amerikalıların yarıdan çoxu (51%) hesab edir ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi və maliyyə yardımını dayandırmalıdır . Bunu CBS və YouGov-un sorğu məlumatları sübut edir,. Bu barədə "The Washington Examiner" xəbər verir .

Araşdırmaya görə, ABŞ-da respondentlərin 51%-i hesab edir ki, Birləşmiş Ştatlar “Ukraynaya silah və hərbi yardım göndərməməlidir”. Amerikalıların 49%-i hazırkı prezident Co Bayden administrasiyasının Ukrayna ilə bağlı siyasətinin davam etdirilməsinin tərəfdarı olub.

Washington Examiner-ə görə, nəticələr Kiyevə dəstəklə bağlı ölkədə siyasi parçalanmanın olduğunu göstərir . Nəşrin yazdığına görə, “ABŞ sakinləri, deyəsən, Ukraynaya hərbi yardım göndərməkdən yorulublar”.

Bildirək ki, “The Washington Post” yazıb ki, Ukrayna ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiyanın hücumunu dəf etməyə kömək edəcəyinə ümid edir.

Qəzetin yazdığına görə, Kiyevdə hələ də Trampın Ukraynanın “ədalətli” hesab edəcəyi şəkildə müharibənin başa çatmasına kömək edəcəyinə ümidlər var.

Sorğu 19 noyabr - 22 noyabr 2024-cü il tarixləri arasında 2232 amerikalı böyüklər arasında aparılıb.


MANŞET XƏBƏRLƏRİ