Sakit okeanda sakitlik yoxdur.
Turkustan.az xəbər verir ki, böyük müharibənin başlayacağı gözlənilən bölgədə Pekin Cənub Çin dənizində görünməz radar şəbəkələri quraşdırır. Şimali Koreya isə cənub sərhədində nəhəng hərbi xəndəklər qazır. Pentaqonun əlavə hərbi qüvvə və hava hücumundan müdafiə sistemləri ilə cavab verəcəyi gözlənilir.
ABŞ prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpinq Peruda keçirilən OPEK Sammitində ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) “böyük müharibəyə hazırlıq” adlandırdığı prosesin Sakit okeanda sürətləndiyi üzə çıxıb. Bu ərazi dünya müharibəsinin çıxma ehtimalının ən yüksək olduğu bölgə olaraq diqqət çəkib.
ABŞ hərbi kəşfiyyat peyklərindən əldə edilən görüntülərə görə, Pekin Cənubi Çin dənizində görünməz radar sistemləri qurarkən, Şimali Koreya da sərhəddə nəhəng hərbi xəndəklər qazır. Pentaqonun əks strategiya hazırlaması gözlənilir.
Aytən Yaşar/ Turkustan.az