Putin MDB-də sabitliyin pozulmasının qarşısını almağa çağırıb


MDB məkanında vəziyyətin sabitliyinin pozulmasının qarşısını almaq lazımdır.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclasında çıxışında deyilir .

Rusiya lideri bildirib ki, regionda sabit vəziyyəti saxlamaq üçün kollektiv təhlükəsizliyə təhdidləri müəyyənləşdirmək və təhlil etmək, məlumat və təcrübə mübadiləsi aparmaq lazımdır.

Dövlət başçısı MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin təhlükəsizliklə bağlı mövcud təhdidlərin müzakirəsi və birgə həll yollarının işlənib hazırlanması məqsədilə hər il keçirilən görüşlərinin əhəmiyyətini qeyd edib. Birlik ölkələri arasında bu məsələdə əməkdaşlığın gücləndirilməsi baxımından hazırkı görüşün əhəmiyyətini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ