"Biz heç bir məhsulun İsrailə ixracına icazə vermirik" - NAZİR


Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri bildirib ki, İsraila heç bir məhsulun ixracına icazə verilmir.

Turkustan.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu: "Fələstin İqtisadiyyat Nazirinin paylaşdığı məlumatları xüsusilə tövsiyə edirəm. Kod 624 İsrailə ixracatdır, kod 625 isə Fələstinə ixracdır. Demək istəyirəm ki, kod 624 olan heç bir məhsula icazə vermirik".

Nəqliyyat və İnfrastruktur naziri Uraloğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında Nəqliyyat və İnfrastruktur Nazirliyinin 2025-ci il büdcəsi ilə bağlı müzakirələr zamanı millət vəkillərinin suallarını və tənqidlərini cavablandırıb.

O, həmçinin xatırladıb ki, ticarət naziri Ömər Bolat da daha əvvəl iddialarla bağlı lazımı açıqlama verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ