"NATO Ukraynaya icazə verdikdən sonra ədəb-ərkanını itirdi" - Lavrov


Şimali Atlantika Alyansı bütün ədəb-ərkandan imtina edərək, Rusiya ərazisinə qabaqlayıcı zərbələr endirmək ehtimalı barədə bəyanatlar verməyə icazə verib.

Turkustan.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclasında çıxışı zamanı deyib.

“Bu günlərdə NATO-nun hərbi komitəsinin rəhbəri cənab Bauer birbaşa bildirdi ki, müdafiə məqsədlərinə çatmaq üçün üzv olan ölkələrin müdafiəsi lazımdır ki, Rusiya Federasiyasındakı hədəflərə qabaqcadan zərbə vurulsun. Burada şərh etmək üçün heç bir şey yoxdur, sadəcə olaraq, artıq bütün ədəb-ərkandan imtina edilib, əsl niyyətlər artıq ictimaiyyətə açıqlanır”-deyə, Lavrov bildirib

Qeyd edək ki, NATO Ukraynaya Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verdikdən sonra tərəflər arasında vəziyyət daha da gərginləşib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ