Son xəbərlərə görə, prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin bu gün keçirilən iclasından sonra mühüm açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, BCM-nin Netanyahu və Gallant haqqında həbs qərarını dəstəklədiyini ifadə edən prezident Ərdoğan, “Netanyahu və onun qatil şəbəkəsi üçün dairə getdikcə daralır”- dedi.
STAT: "İsrailin Qəzzaya 7 oktyabr 2023-cü ildə başlayan hücumları genişlənir və Livan, Suriya və digər region ölkələrini əhatə edir. Türkiyə olaraq İsrail hökumətinin təcavüzkar siyasətinə ən sərt reaksiya verən ölkələrdən biriyik. Başda BMT olmaqla İsraili hərbi əməliyyatları dayandırmağa məcbur edəcək tədbirlər görməyə çalışırıq. Biz islam dünyasını bir ürək etmək üçün çalışırıq".
Aytən Yaşar/ Turkustan.az