İranın dini lideri Xamneyi Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallanta qarşı çıxardığı həbs qərarı ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Xamenei İsrail liderləri üçün həbs qərarı yox, ölüm hökmü verilməlidir deyib.
İranın dini lideri Əli Xamenei İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallanta qarşı çıxarılan həbs qərarına ilk reaksiyasını verib.
Xamenei "İsrail liderləri üçün həbs qərarı yox, ölüm hökmü verilməlidir"- deyib.
Bildirək ki, noyabrın 21-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant-ın insanlığa qarşı cinayət törətməkdə şübhəli bilinərək həbs olunmaları ilə bağlı qərar çıxarıb.
Aytən Yaşar/ Turkustan.az