Kreml Bayden və Trampın Ukraynaya yanaşmalarını müqayisə etdi


Peskov: Bayden administrasiyası Ukraynadakı münaqişəni gərginləşdirməkdə davam edir.

Turkustan.az xəbər verir ki, yeni seçilmiş prezident Donald Trampın yeni administrasiyası Ukraynada sülhdən danışarkən , Co Baydenin hazırkı administrasiyası münaqişəni gərginləşdirməkdə davam edir. TASS xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib .
“Həqiqətən də Tramp tərəfdarları və gələcək administrasiyada gələcək vəzifələrə namizədliyi irəli sürülmüş şəxslər arasından “sülh” və ya “sülh planı” sözü eşidilir, lakin indiki hakimiyyət nümayəndələrinin ağzından belə sözlər eşidilmir. Bu cür təxribatçı, eskalasiya xarakterli aksiyalar davam edərkən bu, üzləşdiyimiz reallıqdır” -deyə, Rusiya prezidentinin mətbuat katibi bildirib.

Bildirək ki, Florida ştatından olan konqresmen Mayk Vals bir müddət əvvəl bildirmişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası yanvarda Ukrayna üzrə danışıqlar mövzusunu müzakirə edəcək. Vals həmçinin vurğulayıb ki, Avropa ölkələri də Ukrayna üzrə danışıqların əsas iştirakçılarına çevrilməlidir.


MANŞET XƏBƏRLƏRİ