"The Times": Donald Tramp 15 min transgenderin hamısını ABŞ Ordusundan qovacaq.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bütün transseksual hərbçilərin xidmətdən qovulması ilə bağlı fərman vermək niyyətindədir. Bu barədə noyabrın 25-də "Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Bu insanlar ordunun kifayət qədər adam toplaya bilmədiyi bir vaxtda getməyə məcbur olacaqlar, yalnız yüksək vəzifədə olanlar istisnadır"-deyə, mənbə məlumat yayıb.
Hazırda aktiv hərbçilərin 15 minə yaxınının transseksual olduğu dəqiqləşdirilir. Tramp onları tibbi səbəblərə görə xidmətə yararsız kimi işdən çıxarmağı planlaşdırır.
Bildirək ki, 2016-ci ildə ABŞ-a rəhbərlik edən Barak Obama transseksualların Silahlı Qüvvələrə açıq şəkildə xidmət göstərməsinə və lazımı tibbi yardım almasına icazə verib. Lakin növbəti prezident Donald Tramp 2017-ci ilin iyulunda bu qərarı ləğv etdi və sonra, dörd əyalət məhkəməsi qərarı blokladıqdan sonra, 2018-ci ildə başqa bir əmr memorandumu verdi.
Bu memorandum 25 yanvar 2021-ci ildə ABŞ-ın hazırkı prezidenti Co Bayden tərəfindən ləğv edilib . O, əvvəlki administrasiyanın tətbiq etdiyi qadağaların ləğvi barədə fərman imzalayıb.
Aytən Yaşar/ Turkustan.az