Avropa Birliyi ölkələri Netanyahunu həbs edəcəkmi?


Qəzza hadisələri ilə bağlı İsrailə qarşı siyasi qərarlar qəbul etməkdən yayınan Avropa Birliyi beynəlxalq məhkəmə qərarında ilişib qalıb.

Turkustan.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahunun həbsi ilə bağlı qərarı Avropa Birliyi ölkələrini çıxılmaz vəziyyətə salıb.

İndi sual budur ki, şərtlər yerinə yetirilərsə, üzv dövlətlər Netanyahunu həbs edəcəklərmi?

Qərarla bağlı görüləcək münasibət, üzv ölkələrin beynəlxalq hüquqa və Beynəlxalq Cinayət Məhkəməsi sisteminə sadiqliyinin sınağıdır.

Onların Avropa İttifaqının 27 üzv dövlətinin hamısının iştirakçısı olduğu Beynəlxalq Cinayət Məhkəməsinin təsis sənədi olan Roma Statutuna zidd hərəkət etmələri nəzəri cəhətdən mümkün deyil.Qəzza hadisələri ilə bağlı İsrailə qarşı siyasi qərarlar qəbul etməkdən yayınan Avropa Birliyi beynəlxalq məhkəmə qərarında ilişib qalıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ