İspaniya müharibədən qorunmaq üçün plan hazırlayır


İspaniya hakimiyyəti hərbi əməliyyatlar zamanı milli mülki müdafiə planı hazırlamağa başladı.

Turkustan.az xəbər verir ki, bu barədə “20 Minutos” ölkənin Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

“Beynəlxalq hərbi gərginliyin artması, Rusiya və Ukraynanın bir-birinə qarşı uzaqmənzilli raketlər atması fonunda İspaniya hökuməti müharibənin İspaniya ərazisinə təsir edəcəyi təqdirdə hərbi risklərə qarşı yönəlmiş ilk milli mülki müdafiə planını hazırlayır”.

Qeyd olunur ki, bu qərar Ukrayna münaqişəsinin gərginləşməsindən sonra verilib. Eyni zamanda, planın özü də naməlum olaraq qalır. Mənbə onun “tezliklə” dərc olunacağını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ