Londonda bomba həyəcanı: ABŞ səfirliyi qarşısında "şübhəli paket"


İngiltərənin paytaxtı Londonda ABŞ səfirliyinin qarşısında “şübhəli bağlama” tapıldığı bildirilib.

Turkustan.az xəbər verir ki, Britaniya polisi paytaxt Londonda - ABŞ səfirliyi qarşısındakı ərazinin 'şübhəli paket' hesabatı səbəbiylə bağlandığını açıqlayıb.

Səfirlikdən verilən açıqlamada bildirilib ki, yerli hakimiyyət orqanları ABŞ-ın Londondakı səfirliyinin qarşısında şübhəli paket tapıb. Britaniya polis agentliyi araşdırmaları davam etdirir. Yeni məlumatlar olarsa, media ilə paylaşılacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ