İsrailin Qəzzaya hücumları - Son 12 saatda 112 fələstinli ölüb


İsrail ordusunun Qəzza zolağında son 12 saatda həyata keçirdiyi hücumlarda 112 fələstinlinin öldüyü bildirilib.

Turkustan.az xəbər verir ki, Qəzza hökumətinin Media Ofisinin direktoru İsmayıl Es-Sevabite Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib ki, İsrail ordusu son 12 saatda Qəzzanın şimalında Kemal Advan xəstəxanası yaxınlığındakı yaşayış massivini hədəf alıb.

İsrailin hücumlarında ölənlərin sayı ilə bağlı Sevabite, "64-ü uşaq və qadın olmaqla 112 fələstinli şəhid olub, 22 nəfər itkin düşüb, 120-dən çox insan isə yaralanıb" - dedi.

İsrail ordusunun evləri yıxaraq, fələstinliləri köçürməyə məcbur etməklə beynəlxalq hüququ və humanitar hüququ açıq şəkildə pozduğunu bildirən Sevabite, İsrailin xüsusilə Qəzzada izdihamlı mülki əraziləri hədəf almağa davam etdiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ