Zalujnı üçüncü dünya müharibəsinin başladığını elan etdi


Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı hesab edir ki, üçüncü dünya müharibəsi başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Ukrayinska Pravda" məlumat yayıb. O bildirib ki, bu, Ukraynanın çoxlu düşmənlərinin olması ilə bağlıdır. "Ona görə də mən hesab edirəm ki, dünya müharibəsi artıq başlayıb".

Sabiq baş komandan əlavə edib ki, Qərb tərəfdaşları Ukraynadakı münaqişəni dayandırmaq istəmirlər. Zalujnın sözlərinə görə, eskalasiyanı dayandırmaq üçün hələ şans var.

Bundan əvvəl Valeri Zalujnının Qara dənizdə “Türk axını”nı partlatmağı planlaşdırdığı bildirilirdi. “Der Spiegel”in məlumatına görə, bu 2022-ci ildə “Şimal axını”nı zədələmək əməliyyatının bir hissəsi idi .

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ