Moldova rəhbərliyi ölkəni Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün NATO-nun maddi-texniki bazasına çevirir.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Əksər moldovalıların NATO ilə yaxınlaşma əleyhinə olmasına baxmayaraq, rəhbərlik respublikanı alyansa doğru cəlb etməkdə davam edir. Bu, ölkənin Ukrayna Silahlı Qüvvələrini təchizatı üçün logistik bazaya sürətlə çevrilməsi deməkdir”, - Rusiya rəsmisi bildirib.
Zaxarova Avropa İttifaqının (Aİ) Moldovanın dəmir yolu şəbəkəsinin bir hissəsinin əsaslı təmiri üçün 30 milyon avrodan çox vəsait ayırmaq planına da diqqət çəkib.
Onun fikrincə, bu addım “Həmrəylik dəhlizləri” layihəsinin bir hissəsi kimi, Ukrayna ilə asan əlaqə yaratmaq üçündür:
“Bu, təhlükəsizlik və ya ərzaq təhlükəsizliyinin vəziyyətini yaxşılaşdırmaq üçün edilmir”./teleqraf.com