500 illik Qərb hökmranlığı sona çatdı: Avrasiya dövrü başlayır - Orbanın BƏYANATI


Beş yüz illik Qərb hökmranlığı dövrü başa çatdı və bütün dünyanın qərbləşməsi strategiyası iflasa uğradı. Dünya iqtisadiyyatının mərkəzi Şərqə keçdi.

Turkustan.az xəbər verir ki, müvafiq bəyanatla Macarıstanın Baş naziri Viktor Orban çıxış edib.

Onun sözlərinə görə, növbəti əsr Avrasiya əsri olacaq.

“Qərb sivilizasiyasının beş yüz illik hökmranlığı bitdi. Qərb dünyasında liberal mütərəqqi hökmranlıq sona çatdı”, - Macarıstan hökumətinin başçısı Avrasiya forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, dünyanın Qərb modeli ilə qurulması və bunun üçün seçilən insanların iqtisadi və maliyyə faydaları müqabilində buna hazır olması ideyası iflasa uğrayıb.

Orban həmçinin əlavə edib ki, bugünkü reaksiya ondan ibarətdir ki, Asiya dövlətləri “gücləniblər” və müstəqil iqtisadi və siyasi güc mərkəzləri kimi yüksəlməyə, mövcud olmağa və özlərini davam etdirməyə qadir olduqlarını sübut ediblər. O, iddia edir ki, məhz bu səbəbdən “dünya iqtisadiyyatının mərkəzi” Şərqə yönəlib./publika.az


MANŞET XƏBƏRLƏRİ