ABŞ prezidenti Baydenin Ukraynaya Rusiyaya qarşı ATACMS raketlərindən istifadə etməyə tədricən icazə verməsi, mina göndərmək qərarı və Rusiyanın nüvə silahı ilə bağlı qaydalarını dəyişməsi Avropada narahatlığı artırıb.
Turkustan.az xəbər verir ki, Almaniya və şimal ölkələri əlavə tədbirlər görür. İsrailin Yaxın Şərqə hücumları ilə kölgədə qalan və üçüncü ilinə yaxınlaşan Rusiya-Ukrayna müharibəsi bu ayın əvvəlində ABŞ-da keçirilən prezident seçkilərindən sonra gözlənilənlərin əksinə olaraq yenidən qızışıb.
Respublikaçı keçmiş prezident Donald Trampın seçkilərdə qələbəsi ilə Avropanın şərqində sülh gözləntiləri artsa da, hazırkı prezident Co Baydenin vəzifədən getməsinə bir neçə gün qalmış Amerika istehsalı olan ATACMS ballistik raketlərinin Rusiya sərhədlərində istifadəsini təsdiqləməsi hər şeyi dəyişdi.
Ötən gün Bayden Ukraynaya piyada əleyhinə minaların verilməsi üçün yaşıl işıq yandırdı. BBC-nin amerikalı rəsmilərə əsaslanaraq verdiyi xəbərə görə, minaların tezliklə Ukraynaya çatdırılacağı və Vaşinqtonun bu minaların Ukrayna ərazisinin məskunlaşmamış ərazilərində istifadə olunacağını gözlədiyi bildirilib.
İtaliya, Macarıstan, İspaniya və Yunanıstan, eləcə də ABŞ Rusiyadan böyük bir hücum gözləyərək Ukraynanın paytaxtı Kiyevdəki nümayəndəliklərini müvəqqəti bağlasa da, Kremlin atacağı addımlar Avropanı narahat edir.
Aytən Yaşar/ Turkustan.az