"İsrail Putindən qorxur" - Zelenski


Ukrayna prezidenti Zelenski İsrailin Ukraynaya kifayət qədər dəstək vermədiyini, İsrailin Putindən qorxduğunu və Netanyahudan kömək istəməsinin “siyasi səhv” olduğunu iddia edib.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə "Fox News" müxbiri Trey Yinqstlə müsahibəsində deyib ki, İsrail Rusiya prezidenti Vladimir Putindən qorxur və İsrailin baş naziri Benyamin Netanyahudan kömək və dəstək istəmək siyasi səviyyədə böyük səhv idi.

Zelenski açıqlamasında: "Bu, mənim fikrimdir və bu barədə çox dürüstəm, Avropa liderləri və Amerika administrasiyası ilə də bu barədə danışdım. Onlardan İsraillə bağlı mənə kömək etmələrini və xüsusilə hava hücumundan müdafiə sahəsində bizə dəstək olmalarını xahiş etdim. İsrail Ukraynaya humanitar yardım və havadan xəbərdarlıq sistemi də daxil olmaqla məhdud dəstək verdi, lakin silah dəstəyi yoxdur".

Bildirək ki, bu ilin əvvəlində “Financial Times” ABŞ, İsrail və Ukraynanın Kiyevə hazırda İsrailin sahib olduğu və idarə etdiyi səkkiz “Patriot” raketdən müdafiə sistemi ilə təmin edilməsi üçün danışıqlar apardığını bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ