Ermənistanda hərbçilər arasında güləş üzrə dünya çempionatında Türkiyə bayrağına və hərbçilərinə hörmətsizlik edilib.
Turkustan.az globalinfo.az-a istinadla xəbər verir ki, çempionatın açılış mərasimində iştirakçı ölkələrin adı elan edilərkən erməni hərbçilər onları alqışlayıblar. Lakin Türkiyənin adı çəkilərkən və hərbçiləri keçərkən alqışı dayandırıblar.
Qeyd edək ki, Ermənistanda keçirilən hərbçilərin güləş üzrə 37-ci dünya çempionatında Azərbaycan iştirak etmir.